COP29

“Neftçi”dən niyə ayrıldığını açıqladı: “Qarşıdakı mövsümlə bağlı razılığa gəlmədik”

6 İyun 01:50 Neftçi 1 529
“Neftçi”dən niyə ayrıldığını açıqladı: “Qarşıdakı mövsümlə bağlı razılığa gəlmədik”

Miadraq Bojoviç "Neftçi"nin baş məşqçisi vəzifəsindən ayrılması haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, monteneqrolu mütəxəssis bu barədə Rusiya mediasına danışıb.

55 yaşlı çalışdırıcı deyib ki, onun "Neftçi" ilə 1+1 illik müqaviləsi olub:

"Neftçi” ilə 1+1 sistemi ilə müqavilə bağlamışdım. Amma qarşıdakı mövsümdə işləmək barədə razılığa gəlmədiyimiz üçün komandadan ayrıldım.

Çempionat bu yaxınlarda başa çatdı. İndi ailəmlə Yunanıstanda tətildəyəm, Ona görə də tətildən sonra təkliflərə baxacam".

Bojoviç bildirib ki, istənilən variantı nəzərdən keçirəcək: "Mən hər yerdə işləməyə hazıram və Rusiyaya da qayıda bilərəm”.

Bojoviç 2023-cü ilin dekabrın sonlarında "Neftçi"nin baş məşqçisi təyin olunub. Bu il mayın 26-da isə paytaxt klubu onunla yolları ayırdığını açıqlayıb.

Buna "Neftçi"nin çempionatı 5-ci yerdə başa vurması və kubokun finalına yüksələ bilməməsi səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti