COP29

"Klubdakı işimdən getsəm də, “Neftçi“dən getməmişəm"

9 İyul 11:40 Neftçi 2 641
"Klubdakı işimdən getsəm də, “Neftçi“dən getməmişəm"

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Emin Əfəndi klubdan ayrılıb.

Onu bu postda “CBC Sport” kanalının şərhçisi Rüstəm Əfsərlinin əvəz edəcək.

R.Əfsərli əvvəllər də “Neftçi”nin mətbuat xidmətinin rəhbəri kimi çalışıb.

Emin Əfəndi 2023-cü ilin yayında “Neftçi”də mətbuat xidmətinin rəhbəri postuna gətirilmişdi.

O, ayrılıq qərarı ilə bağlı Sportinfo.az-a açıqlama verib:

“Mən ərizəmi iyulun 1-də yazmışam. Fərrux Mahmudov baş icraçı direktor vəzifəsindən gedən kimi, mən də bu qərarı vermişdim.

Çünki kluba Fərrux müəllimin dəvəti ilə gəlmişdim. Klubdakı işimdən getsəm də, “Neftçi“dən getməmişəm.

Məncə, əsas da budur. Axı mən 1985-ci ildən “Neftçi“liyəm.

Uşaqlıq illərimdən “Neftçi“nin fanatı olmuşam. Bundan sonra da “Neftçi“li olacam“.

Digər Xəbərlər
Xəbər Lenti