Namiq Ələsgərov "Neftçi"dən ayrılır?

6 Avqust 2021 22:00 Neftçi 3 189
Namiq Ələsgərov "Neftçi"dən ayrılır?

"Neftçi"nin hücumçusu Namiq Ələsgərov "Bursaspor"a keçməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında bu transferlə bağlı danışıqlar davam edir. Millimizin üzvünün yaxın günlərdə Türkiyə birinci liqası təmsilçisinə keçəcəyi gözlənilir.

Bundan əvvəl də "Bursaspor" Namiqi transfer etmək istəmişdi. Ancaq Türkiyə mediasının xəbərinə görə, danışıqlarda yer almayan iki türk menecerin müdaxiləsindən və Bursa təmsilçisindən 100 min avro tələb etməsindən sonra bu keçid reallaşmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti