Bu açıqlamalar klub rəhbərliyinin narazılığına səbəb oldu, komandadan uzaqlaşdırıldı

00:00 İngiltərə 70
Bu açıqlamalar klub rəhbərliyinin narazılığına səbəb oldu, komandadan uzaqlaşdırıldı

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes komandadan müvəqqəti uzaqlaşdırılıb.

Argentinalı futbolçu daha əvvəl “Real”a keçmək istəyi ilə bağlı eyham vurmuş və Madriddə yaşamaq arzusunu dilə gətirmişdi.

Bu açıqlamalar klub rəhbərliyinin narazılığına səbəb olub.

Sportinfo.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Liam Rosenyor mətbuat konfransında 25 yaşlı futbolçunun növbəti iki oyunda iştirak etməyəcəyini bildirib:

“O, klub mədəniyyəti baxımından xətti keçdi və bizim qurmaq istədiyimiz sistemə uyğun davranmadı”.

“Çelsi” aprelin 4-də, İngiltərə kubokunun 1/4 final mərhələsində “Port Vale” ilə qarşılaşacaq. London təmsilçisi bundan sonra isə Premyer Liqada “Mançester Siti” ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti