Premyer Liqanın 4 klubunun “radar”ındadır - İngiltərəli yarımmüdafiəçi

00:20 İngiltərə 62
Premyer Liqanın 4 klubunun “radar”ındadır - İngiltərəli yarımmüdafiəçi

“Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocers yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu yeni kluba keçidi nəzərdən keçirir.

İngiltərəli oyunçu ilə “Arsenal”, “Liverpul”, “Mançester Yunayted” və “Çelsi” maraqlanır.

Bildirilir ki, transferin dəyəri 80 milyon funt-sterlinq (təxminən 92 milyon avro) ola bilər. Bonuslarla birlikdə bu məbləğin 100 milyon funt-sterlinqi (115 milyon avro) keçəcəyi gözlənilir.

Morqan Rocers ötən ilin noyabrında “Aston Villa” ilə müqaviləsinin müddətini 2030/31 mövsümünün sonuna qədər uzadıb. O, cari mövsümdə 44 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti