Məşhur hücumçu kapitana hörmətsizlik etdi, sarğını əlindən aldı - Söz-söhbət yaradan VİDEO

10:00 Fransa 106
Məşhur hücumçu kapitana hörmətsizlik etdi, sarğını əlindən aldı - Söz-söhbət yaradan VİDEO

Fransa komandasının ulduzu Kilian Mbappenin Kolumbiya ilə yoldaşlıq görüşündə komanda yoldaşı Nqolo Kantedən kapitanlıq sarğısını alması sosial mediada böyük səs-küyə səbəb olub.

Sportinfo.az xəbər verir ki, hadisə ransanın 3:1 hesablı qələbəsi ilə başa çatan matçın 78-ci dəqiqəsində yaşanıb.

Belə ki, meydana ehtiyat oyunçular skamyasından daxil olan Mbappe Rayan Çerki vasitəsilə həmin an meydanda ad gününü qeyd edən Kanteyə xəbər göndərərək sarğını təhvil verməsini istəyib.

Oyunun bitməsinə cəmi 10 dəqiqə qalmış baş verən hadisə azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. “X” və “Instagram” kimi platformalarda bir çox istifadəçi Mbappenin bu addımını Kanteyə qarşı hörmətsizlik kimi qiymətləndirib.

Digər tərəf isə bunun komandadaxili adi protokol olduğunu və əsas kapitan meydana daxil olduqda sarğını götürməli olduğunu müdafiə edib.

Fransa millisi DÇ-2026-nın qrup mərhələsində I qrupunda yer alıb. Fransızlar iyunun 16-da Seneqal, 22-də İraq, 26-da isə Norveçlə qarşılaşacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti