“Biz “Neftçi”yik, heç kimdən qorxumuz yoxdur” – MÜSAHİBƏ

20:40 Müsahibə 126
“Biz “Neftçi”yik, heç kimdən qorxumuz yoxdur” – MÜSAHİBƏ

Premyer Liqanın 25 turu geridə qalıb.

Növbəti 8 turda çempionluq və elitada qalmaq uğrunda amansız mübarizəyə şahidlik edəcəyimiz sirr deyil.

Mövsümü 3-4-cü pillələrdə başa vurmaq üçünsə “Turan Tovuz”, “Zirə”, “Araz-Naxçıvan” və “Neftçi” arasındaki rəqabət çox güman son turlara qədər davam edəcək.

Bu baxımdan “Neftçi”nin vəziyyətinin son dərəcə çətin olacağını deyə bilərik.

“Ağ-qaralar”ın lüksemburqlu hücumçusu Alessio Kurçi son dərəcə rahatdır.

O, Sportinfo.az-a verdiyi müsahibədə avrokuboklara vəsiqə qazanmaq şanslarından söz açıb.

- “Qəbələ” və “İmişli” üzərindəki parlaq qələbələrdən sonra düşərgədə əhval-ruhiyy necədir. İnam artıb?

- Əsas rəqiblərlə aramızdakı xal fərqi fantastik deyil. Qarşıda bizi 9 oyunun gözlədiyini nəzərə alsaq, fərqi aradan qaldıra bilərik. Düzdür, çempionata yaxşı başlmamışdıq. Get-gedə oyun planında və nəticələrdə irəliləyişə nail oluruq. Komandada ab-hava yaxşıdır, hamı bir-biri ilə dostdur, qələbələr əhvalımızı bir az da yüksəldib. Narahatlıq yoxdur, rahatıq.

- Nəzərə alaq ki, növbəti həftələrdə iki dəfə “Qarabağ”la qarşılaşacaqsınız, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan”la prinsipial oyunlarınız olacaq.

- Və?

- Yəni adlarını çəkdiyim rəqiblər sizi gözləyir.

- Nə olsun ki? Biz də onları gözləyirik (gülür).

- Rahat danışırsan. Heçmi qorxu, həyəcan, narahatlıq yoxdur?

- Yoxdur və olmayacaq da. Çünki biz “Neftçi”liyik.

- Hazırkı vəziyyətdə adlarını çəkdiyim komandalar turnir cədvəlində “Neftçi”ni qabaqlayır. Yəni əsas rəqiblərinizdir. Bu baxımdan deyirəm.

- Yenə deyirəm, biz “Neftçi”yik, heç kimdən qorxumuz yoxdur. Qarşıdakı 9 oyunda əsl gücümüzü göstərməyə çalışacağıq.

- Sən rahatsan, amma azarkeşlər narahatlıq yaşayır. Ardıcıl üçüncü mövsümdə sevimli komandalarının avrokuboklardan kənarda qalmaq ehtimalı var.

- “Neftçi” kollektivi olaraq azarkeşlərimizlə birlikdə bir ailəyik. Bu işi birlikdə görməyə çalışacağıq. Xüsusən indiki məqamda onların dəstəyinə ehtiyacımız var. Növbəti oyunlarda fanatlarımızın stadionu doldurması bizim üçün əlavə motivasiya, adrenalin olacaq. Azarkeşlər yanımızda olanda bundan güc alırıq və özümüzü daha da güclü hiss edirik. Heç nədən narahat olmasınlar. Bu işin öhdəsindən birlikdə gələcəyik.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti