“Real”ın baş məşqçisi Alvaro Arbeloa yarımmüdafiəçi Çud Bellingemin vəziyyəti ilə bağlı açıqlama verib.
O, bildirib ki, futbolçu “Atletiko” ilə oyunda bir neçə dəqiqə şans qazansa da, İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel onu risk etməmək üçün meydana buraxmayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Bellingemin vəziyyətinin bir az qeyri-adi olduğunu söyləyib:
“Vəziyyət bir az qeyri-adidir. Onlar risk etmək istəmədilər.
Amma Bellingem qarşıdakı oyunda bizə kömək etməyə hazırdır. Sadəcə, onun oyun ritmini bərpa etməsinə ehtiyac var”.
22 yaşlı ingiltərəli futbolçu bu mövsüm bütün turnirlərdə 29 oyunda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə verib.
“Real” növbəti oyununu aprelin 4-də, La Liqa çərçivəsində “Malyorka”ya qarşı keçirəcək.

