Tanınmış iş adamından "Neftçi"yə 1 milyon manatlıq jest – Bir kəlmə sözə görə

25 İyul 2024 09:40 Neftçi 12 042
Tanınmış iş adamından  "Neftçi"yə 1 milyon manatlıq jest – Bir kəlmə sözə görə

«Rahat» mağazalar şəbəkəsi «Neftçi»nin tərəfdaşları sırasına daxil olub.

Paytaxt klubunun ev oyunlarını keçirdiyi «Neftçi Arena»da sözügedən ticarət brendinə aid bannerləri görə biləcəyik.

Bu təşəbbüs «ağ-qaralar»ın özündən gəlib. Əməkdaşlığın özəyi necə qurulub, bunun özü də maraqlıdır.

Belə ki, ötən mövsümün son aylarında maliyyə sıxıntısı çəkən «Neftçi»nin rəhbərliyi kömək üçün Adnan Əhmədzadəyə müraciət edib.

Hazırda iş adamı kimi tanınan SOCAR-ın sabiq vitse-prezidenti isə çağırışa müvafiq reaksiya verib, 1 milyon manat yardım göstərib.

Bakılı rəsmilər isə jestə qarşılıq olaraq, Əhmədzadəyə kurasiyasındakı «Rahat»ın bannerlərini stadionda yerləşdirəcəyi barədə məlumat verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 16:30 Çək və bizə göndər!
4 Noyabr 03:30 Ağayev görüşə getdi
4 Noyabr 03:00 Sevgilisindən ayrıldı