
"Neftçi"nin müqavilə müddətini artırmadığı və yollarını ayırdığı Dieqo Valdez instaqram hesabında paylaşım edib.
Sportinfo.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Bakı klubundan ayrılmağı barədə bunları yazıb:
"Hər şeyə görə “Neftçi”yə çox təşəkkür edirəm. Klubun heyətində ürəklə oynamaq imkanı yaratdıqları üçün minnətdaram.
Mənə ən yaxşı şəkildə necə rəftar etməyi və yönləndirməyi bacara bilən bütün həmkarlarıma, liderlərə və ən çox da tərcüməçimizə təşəkkür edirəm. Ürəkdən əbədi minnətdaram".
30 yaşlı futbolçu 2023-cü il avqustun 25-də “Neftçi” ilə üqavilə imzalamışdı. Valdez Premyer Liqada 23 oyunda 3 qol vurmuşdu.