
«Neftçi» qarşıdakı günlərdə minimum daha 2 transfer edəcək.
Bu barədə klubdan saytımıza məlumat verilib.
Bildirilib ki, yarımmüdafiə və hücum xətlərinə yeni legionerlərin alınması planlaşdırılır.
Rəhbərlik baş məşqçi Roman Qriqorçukun üzərində dayandığı oyunçularla hazırda danışıqlar aparır.
«Ağ-qaralar» bu yay Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev, Robert Bauer, Andrey Ştoqrin və Rüstəm Samiqullini sıralarına qatıb.
SPORTİNFO.AZ