Qriqorçuk barmaq silkələdi, "Neftçi"nin futbolçuları narazı qaldı

26 İyul 2024 14:00 Neftçi 5 423
Qriqorçuk barmaq silkələdi, "Neftçi"nin futbolçuları narazı qaldı

«Neftçi»də yeni baş məşqçi Roman Qriqorçukdan ilk narazılıq yaranıb.

Ukraynalı çalışdırıcının gündəlik iş üslubu əksər futbolçuların ürəyincə deyil.

Onların giley-güzarı artıq redaksiyamıza çatıb. Nədən şikayətçidirlər?

Qriqorçuk Türkiyədə keçirilən təlim-məşq toplanışı zamanı davamlı şəkildə iclaslar təşkil edir. Hər gün 3 dəfə toplantı zalına yığışmaq komanda üzvlərinə bezdirici gəlir.

Belə ki, mütəxəssis səhər və günorta 40 dəqiqə, axşam isə 30 dəqiqə iclas edir. Gün ərzində üst-üstə 1 saat 10 dəqiqə yığıncaq futbolçuların əhval-ruhiyyəsinə mənfi təsir göstərməkdədir.

Sabiq «Qəbələ»li bütün bunlar azmış kimi, kollektivin hər fərdinə «mənim söylədiklərimi əzbərləyin, kim dediklərimi yaddan çıxarsa, məndən inciməsin» kimi xəbərdarlıq eləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti