COP29

"Neftçi"də məsul şəxslər məsuliyyətsizlik etdi, baş məşqçiyə ŞİKAYƏTƏ GETDİ

9 Avqust 11:40 Neftçi 3 389
"Neftçi"də məsul şəxslər məsuliyyətsizlik etdi, baş məşqçiyə ŞİKAYƏTƏ GETDİ

«Neftçi»nin baş məşqçisi Roman Qriqorçuk klub rəhbərliyinə şikayətlənib.

Ukraynalı çalışdırıcı «Neftçi Arena»nın durumundan gileylənib.

O, stadionun ot örtüyünün bərbad vəziyyətə düşdüyünü, komandaya ciddi problemlər yaratdığını bildirib.

İyunda «ağ-qaralar»la 2 illik müqavilə bağlamış mütəxəssis qeyd edib ki, problem tezliklə aradan qaldırılmasa, sərəncamındakı oyunçuları itirmək təhlükəsi ilə üzləşəcək.

Çünki meydança yararsız haldır və hər həftə hansı futbolçunun və ya futbolçuların zədə almaq riski yüksəkdir.

İdarəçilər də öz növbəsində araşdırmaya başlayıb. Stadiona məsul şəxslərdən mövcud durumla bağlı hesabat tələb olunub.

Çox qəribədir ki, arenaya cavabdeh fiqurlar qazonun durumu ilə bağlı nə yönətimi, nə də baş məşqçini əvvəlcədən məlumatlandırıb.

Başqa sözlə, bu əməkdaşlar öz işlərinə məsuliyyətsiz yanaşıb, rəhbərliyə vaxtında məlumat verməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi