”Neftçi” Portuqaliya yığmasının yarımmüdafiəçisini transfer etdi – SON DƏQİQƏ

7 Avqust 2024 17:20 Neftçi 10 509
”Neftçi” Portuqaliya yığmasının yarımmüdafiəçisini transfer etdi – SON DƏQİQƏ

Premyer Liqada yeni mövsümə qələbə ilə başlaya bilməyən «Neftçi» növbəti transfer əməliyyatını müsbət sonuclandırıb.

Açılış turunda «Turan Tovuz»la qolsuz heç-heçə edən «ağ-qaralar» bu dəfə xarici bazara üz tutub.

Paytaxt təmsilçisi Rafael Quzzo ilə anlaşıb.

«Benifka»nın yetirməsi yarımmüdafiə mövqeyində çıxış edir. 29 yaşı var, karyerası kifayət qədər rəngarəngdir.

Portuqaliyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarının formasını geyinib.

Quzzo peşəkar karyerasına 2113-cü ildə «Banfika B»də başlayıb.

Daha sonra «Tondela», «Reus», «Vizela» və «Qolas»ın formasını geyinib. 2024-cü ilin əvvəlində «Çavev»ə keçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş