“Neftçi” ilə anlaşan yeni oyunçu son adna transferdən niyə imtina etdi?

10 İyun 2024 08:50 Neftçi 4 801
“Neftçi” ilə anlaşan yeni oyunçu son adna transferdən niyə imtina etdi?

Son günlər mətbuatda Monteneqro millisinin üzvü, mərkəz müdafiəçisi Edvin Kuçun “Neftçi”yə keçəcəyi haqda xəbərlər dolaşırdı.

Daha dəqiqi, futbolçu bunu özü etiraf etdiyindən manşetlərdə yer almışdı.

“Football-plus.az”a daxil olan məlumata görə, Bakı klubu transferin reallaşmasıyla bağlı problemlə üzləşib. Belə ki, oyunçu “ağ-qaralar”ın avrokuboklara vəsiqə qazanmadığını əsas gətirərək keçiddən imtina edib.

Bununla yanaşı, klub onun xidmətində israrlıdı. “Neftçi” Kuçu razı salmaq məqsədilə əvvəl təklif etdiyi maaş məbləğini artıracağını bildirib. Hazırda futbolçudan son qərarını verməsi gözlənilir.

Edvin 2020-ci ilin avqustundan “Ballkani”nin (Kosovo) şərəfini qoruyur. “Transfermarkt” portalının məlumatına görə, 30 yaşlı futbolçunun bazar dəyəri 400 min avrodu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!