“Neftçi”yə keçdi, onlarla vidalaşdı: “Buradan ayrılmaq mənim üçün çətindir”

2 İyul 2024 14:20 Neftçi 2 422
“Neftçi”yə keçdi, onlarla vidalaşdı: “Buradan ayrılmaq mənim üçün çətindir”

"Neftçi"nin yeni transferi Emil Səfərov sabiq komandası "Qəbələ" ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, gənc futbolçu sosial şəbəkə vasitəsilə bölgə təmsilçisinə və onun azarkeşlərinə vida mesajı göndərib.

21 yaşlı yarımmüdafiəçi hər şeyə görə təşəkkür edib:

"Bu illər ərzində birlikdə mənə dəstək olan, çiyin-çiyinə məşq edən komanda yoldaşlarım, texniki heyət, məşqçilər, "Red Black Army" azarkeş qrupu və klub prezidentinə təşəkkürümü bildirirəm.

Allah hamımızın yolunu açıq etsin. Buradan ayrılmaq çətindir mənim üçün. İnşallah, komanda düşdüyü çətinlikdən çıxacaq.

Daha güclü "Qəbələ" görəcəyik. Hər birinizə "çox sağ olun" deyirəm, gələcək karyeranızda uğurlar arzu edirəm. Görüşmək ümidi ilə".

Qəbələ klubunun yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub.

E.Səfərov 2023-cü ildə "Qəbələ"nin heyətində Azərbaycan Kubokunun qalibi olub. O, "Neftçi" ilə 3 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”