"Mən millini xoş niyyətlə tənqid edirəm"

27 May 2020 09:28 Milli komanda 644
"Mən millini xoş niyyətlə tənqid edirəm"

"Bütün problem ondadır ki, əlimizdə material yoxdur".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin sabiq baş məşqçisi Vəli Qasımova məxsusdur.

AVRO-2020-nin Bakı üzrə səfiri olan mütəxəssis tez-tez Azərbaycan millisini tənqid etməsinin səbəbini açıqlayıb: "Ölkə xaricində oynayan bir futbolçumuz da yoxdur.

Çempionatın səviyyəsi aşağıdır, ona görə də bizim oyunçular Avropada çıxış edənlərdən fərqlənirlər. O dəqiqə görünür ki, oyun ərzində sakitlik çatışmır, əsəblər tarıma çəkilir. Mən yığmanı xoş niyyətlə tənqid edirəm, komandamızın daha yüksək səviyyəyə çatmasını istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"