Milliyə namizəd məşqçilərin sayı 50-dən 5-ə endi

23 Yanvar 2020 18:17 Milli komanda 1 834
Milliyə namizəd məşqçilərin sayı 50-dən 5-ə endi

AFFA-nın növbəti konfransı yanvarın 28-də keçiriləcək.

Gündəlikdəki ən vacib məsələlərdən biri millinin baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsidir. Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin ilk iclasında bu məsələyə də baxılacaq.

Ümumən, yeni çalışdırıcı mart ayının sonuna qədər müəyyən olunmalıdır və o, yığmanı Maltada keçiriləcək yoldaşlıq görüşlərinə çıxarmalıdır.

Yeri gəlmişkən, mayda Türkiyə ilə səfərdə yoxlama qarşılaşması planlaşdırılıb. Assosiasiya Uelslə də üz-üzə gəlmək istəyir və matçın britaniyalıların Bakı toplanışı zamanı keçirilməsi nəzərdə tutulub. Hələlik danışıqlar aparılır.

Bu iki komanda İtaliya ilə matçlar istisna olmaqla, AÇ-2020 çərçivəsində qrupun 2 görüşünü Bakıda keçirəcək.

Sportinfo.az-ın məlumatına görə, AFFA-nın namizdlər siyahısı qısalıb. Əgər Nikola Yurçeviçin istefaya göndərilməsi dəqiqələşən ərəfədə burada 50-dən artıq əcnəbi məşqçinin adı yer alırdısa, federasiyadan redaksiyamıza daxil olan yeni informasiyaya görə, hazırda bu rəqəm vur-tut 5-dir.

Gedişat deməyə əsas verir ki, AFFA yeni çalışdırıcı tapmağa tələsmir. Danışıqlar prosesi şəxsən Elxan Məmmədovun nəzarətindədir.

Baş katibə yaxınlığı ilə bilinən menecerlər Avropanın bir sıra ölkələrində görüşlər keçirib, üzbəüz əyləşdikləri məşqçilərin şərtlərini öyrənib.

AFFA-dan redaksiyamıza verilən məlumatda son siyahıdakı adlar açıqlanmasa da, bildirilib ki, üstünlük tanınmış və təcrübəli isimə veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"