
Qazaxıstan yığmasının transfer dəyəri Azərbaycan millisini 2 dəfə üstələyir.
Sportinfo.az xəbər verir ki, bu ölkənin mətbuatı belə bir iddiayla çıxış edib.
Almaniyanın nüfuzlu Transfermarket.de saytına istinadən verilən məlumatına görə, iyunun 5-də Astanada yoldaşlıq görüşündə millimizin rəqibi olacaq Qazaxıstan yığmasının futbolçularının transfer dəyəri 19,8 milyon avro təşkil edir.
Bolqar mütəxəssis Stanimir Stoilovun baş məşqçisi olduğu rəqibdə ən bahalı oyunçular iki nəfərdi. Bunlar "Astana"nın müdafiəçisi Dmitri Şomkoyla "Kayrat"ın yarımmüdafiəçisi Bauerjan İslamxandı. Onların hər birinin qiyməyti 2 milyon avrodu.
Millimizn transfer qiyməti bundan qat-qat az - 8,93 milyon avro göstərilib. Ən bahalı oyunçumuz Qurban Qurbanovun "Qarabağ"da da rəhbərliyi altında çıxış edən milliləşdirilən braziliyalı yarımmmüdafiəçi Rimard Almeydadı.
29 yaşlı futbolçumuzun transfer qiyməyi 1,5 milyon avro göstərilib. Özü də Almeydanın qiymətinə görə millimizin digər futbolçularından qat-qat üstün olduğunu bildiilir.
Buna misal olaral 2-ci yerdə gedən Almaniyanın "Aue" klubunun yarımmüdafiəçisi Dmitri Nazarovun transferi üçün 700 min avro lazım olduğu göstərilib.
Qazaxıstanla Azərbaycan əsas yığmalarından bir gün öncə Astanada bu ölkənin U-21 milliləri yoldaşlıq görüşündə üzləşəcək.