İnamlı danışdı, ümid verdi, dostunun adını eşidib “yüz faiz” dedi

12 Sentyabr 20:40 Milli komanda 223
İnamlı danışdı, ümid verdi, dostunun adını eşidib “yüz faiz” dedi

Azərbaycan və Bolqarıstanın U-21 milliləri arasındakı oyun heç-heçə başa çatdı.

Hərəyə 1 qol vuran komandalar yekunda meydanı 1 xalla tərk etdilər.

Matç başa çatandan sonra Tofiq Bəhramov adına Respublika stadionuna – Azərbaycan – Ukrayna görüşünü izləməyə tələsən U-21-in müvəqqəti baş məşqçisi Elnur Çodarov Sportinfo.az-a ayaqüstü açıqlamasında fikirlərini bildirdi:

“Yaxşı oynadığımızı düşünürəm. Məşqlərdə və iclaslarda dediklərimizi, istədiklərimizi bu gün meydanda gördük.

Məqsədimiz ağıllı müdafiə olunmaqla öz şanslarımızı gözləmək idi ki, buna da nail olduq.

Qələbə qazanmaq yerinə düşərdi. Lakin bu gün 1 xalı da yaxşı nəticə hesab edə bilərik. Belə bir deyim var, uda bilmirsənsə, ən azından uduzmamalısan”.

Çodarov işıqlı günlərin uzaqda olmadığını sözlərinə əlavə edib:

“Bolqarıstanı uda bilərdik. Bizə bir az vaxt lazımdır.

Daha çox məşq etmək, fikirlərimizi uşaqlara tam aşılamaq üçün zamana ehtiyacımız var. Əminəm ki, vaxt ötdükcə daha inamlı və parlaq milli görəcəyik.

Bu 1 xal növbəti oyunlar üçün motivasiya olacaq. Növbəti görüşlərdə də qələbə üçün oynayacağıq”.

Elnur bəy “oyun zamanı Ayxan Abbasovun yeri görünürdü” sualını gülərək qısa cavablandırıb: “Yüz faiz”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM