Qurban Qurbanovu üstələdi, PAYLAŞIM ETDİ - VİDEO

12 Sentyabr 2025 08:30 Milli komanda 558
Qurban Qurbanovu üstələdi, PAYLAŞIM ETDİ - VİDEO

"Millidə 15-ci qolumu vurmaq və rekordçu olmaq mənim üçün sadəcə statistika deyil, bu, formanı geyinməyin verdiyi məsuliyyətin və qürurun ifadəsidir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov sosial şəbəkə hesabında paylaşıb.

Yarımmüdafiəçi Qurban Qurbanovun rekordunu yenilədiyi üçün ona köməyi dəyən hər kəsə minnətdarlığını ifadə edib:

"Mənə inanan məşqçilərimə, meydanda yanımda olan komanda yoldaşlarıma və hər zaman bizi ürəkdən dəstəkləyən azarkeşlərimizə minnətdaram. Sizin üçün oynamaq həmişə şərəfdir".

Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukaryna ilə 1:1 hesabı ilə başa çatan görüşdə bərabərlik qolunu vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş