“Anlamıram, niyə qərarını dəyişdi? Bu, kifayət qədər qalmaqallı hadisədir”

12 Sentyabr 2025 09:00 Milli komanda 1 030
“Anlamıram, niyə qərarını dəyişdi? Bu, kifayət qədər qalmaqallı hadisədir”

Tanınmış ukraynalı FIFA referisi Miroslav Stupar DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə Bakıda keçirilən oyundakı mübahisəli epizoda münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 84 yaşlı sabiq hakim matçın əvvəllərində millimizin əleyhinə verilən penalti qərarının VAR-a baxdıqdan sonra ləğvini yanlış addım adlandırıb.

Onun fikrincə, həmin epizodda qayda pozuntusu var idi:

“Bu, yüz faizlik penalti idi. Fol var idi, çünki Azərbaycan millisinin müdafiəçisi sürətlə irəliləyən Vladislav Vanatı çiynindən dartdı.

Anlamıram, hakim niyə VAR-a baxandan sonra qərarını dəyişdi? Fikrimcə, bu, kifayət qədər qalmaqallı qərardır.

İndi “yetərsiz təmas” deyilən termin var. Ola bilsin ki, belə mübahisəli qərarları əsaslandırmaq üçün bu bəndi yaradıblar.

Hansı “yetərsiz təmas”? Vanat sürətlə cərimə meydanına daxil oldu, onu çiynindən dartdılar. Həmin hərəkət də onun hərəkət koordinasiyasını itirdi”.

Stupar bilmədən özü də səhv edib. Çünki sözgedən epizodda penalti qərarı həm də müdaxilə cərimə meydançası kənarında edildiyi üçün ləğv olunmuşdu.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – Ukrayna oyunu 1:1 hesabı ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş