“O şəxs kimdirsə, millimizi uçuruma aparmaq istəyir” - VİDEO

11 Sentyabr 2025 14:40 Milli komanda 1 143
“O şəxs kimdirsə, millimizi uçuruma aparmaq istəyir” - VİDEO

“Fransa ilə oyunu indidən düşünməliyik”.

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində millimizin dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrda Fransaya qarşı keçirəcəyi oyundan danışıb.

Bildirib ki, AFFA rəhbərliyi “xoruzlar”la matça hərtərəfli hazırlıq görməlidir, çünki böyükhesablı məğlubiyyət gözlənilir.

Tanınmış teleşəhçi deyib ki, fransızlar güclü heyətə malikdir və bizə nifrət bəsləyirlər.

Abbasovun fikrincə, Fransa yığmamıza bacardıqca çox qol vurmağa çalışacaq, hesab isə 12:0, 15:0 ola bilər.

O. qeyd edib ki, ikinci “Oser faciəsi”inin baş verməməsi üçün milli ilə bağlı düzgün addımlar atılmalı, yanlış seçimlərdən ehtiyatlanmaq lazımdır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş