İki səbəb tapdı: “Bu, Azərbaycanın bizdən xal almasında rol oynadı”

11 Sentyabr 2025 13:00 Milli komanda 648
İki səbəb tapdı: “Bu, Azərbaycanın bizdən xal almasında rol oynadı”

Ukrayna millisinin müdafiəçisi Nikolay Matvienko DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyundan (1:1) danışıb.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu xal itirdiklərini deyib:

"İki xal itirdik. Daha nə deyək?! Məncə, məşqçi dəyişikliyi və əlavə motivasiya Azərbaycanın bizdən xal almasında rol oynadı.

İlk oyunda 0:5 hesabı ilə uduzduqları üçün bu matçın çətin olacağı gözlənilirdi. Evdə əllərindən gələn hər şeyi edəcəklərini bilirdik. Bunu da bacardılar.

Təbii ki, kombinasiyalı futbol məna kəsb edirdi. Bakıdakı meydançanın durumu isə çox pis idi. Meydança haqqında danışmağın mənası yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş