“İstək və xarakter varsa, vuruşdunsa, Allah tərəfindən mükafatlandırılacaqsan”

11 Sentyabr 2025 09:20 Milli komanda 648
“İstək və xarakter varsa, vuruşdunsa, Allah tərəfindən mükafatlandırılacaqsan”

“Əgər istək və xarakter varsa, vuruşacaqsan.

Vuruşdunsa, Allah tərəfindən mükafatlandırılacaqsan. Ona görə də hər oyuna çıxıb bunu etmək lazımdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Abbas Hüseynov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyunu barədə danışarkən deyib.

O, qazanılan bir xalın gələcək oyunlar üçün yüksək motivasiya yaradacağını qeyd edib:

“Uduzmayan rəqib yoxdur. Sadəcə istək lazımdır. Qələbə qazanmasaq da, bir xal əldə etdik.

Ağır oyun keçdi. Bundan da yaxşı nəticə ola bilərdi. Sadəcə özümüzə güvəni artırmalıyıq.

Bir xal bizə kifayət deyil. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı oynayıb qələbələr qazanacağıq”.

Azərbaycan-Ukrayna milli futbol komandalarının görüşü 1:1 hesabı ilə bitib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş