
Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev Sportinfo.az-a açıqlama verib.
Veteran yarımmüdafiəçi yığmanın dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna ilə bərabərliklə bitən (1:1) qarşılaşmanı şərh edib:
"İslandiyaya məğlubiyyətdən sonra millimizdən Ukraynaya qarşı belə oyun gözləmirdim.
Şükürlər olsun ki, hər şey tərsinə oldu. Komanda çox yaxşı mübarizə apardı, xarakter göstərdi.
İslandiya ilə görüşdən sonra demişdim ki, uduzmaq olar, amma meydanda xarakter göstərmək lazımdır. Uşaqlar bu dəfə çox istəkli idi. M
illidə çıxış edirsənsə belə olmalıdır. Meydanda vaxt keçirmək olmaz. Oyunçuların yanaşması çox xoşuma gəldi.
Ağır məğlubiyyətdən sonra vəziyyət pis idi. Qısa müddətdə toparlamağımızda Ayxan Abbasovun rolu xüsusi qeyd olunmalıdır"
XANOĞLAN