AFFA rəhbərliyi sözünü tutdu - Xoşları gəldi, PULU ARTIRDILAR

14:40 Milli komanda 645
AFFA rəhbərliyi sözünü tutdu - Xoşları  gəldi, PULU ARTIRDILAR

Azərbaycan millisi DÇ-2026-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.

Ukrayna ilə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bununla da yığmamız DÇ-2026-nin seçmə mərhələsində ilk xalını qazanıb.

Azərbaycan seçmə mərhələyə acınacaqlı məğlubiyyətlə başlayıb.

İlk turda səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olan millimizin çalışdırıcısı Fernandu Santuş istefaya göndərilib. Komandanı Ukrayna ilə oyuna U-21-in və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov çıxarıb.

Uğurlu debüt həm onu və köməkçilərini, həm də kollektiv üzvlərini maddi cəhətdən irəli salıb. AFFA rəhbərliyi əzmkar oyunu nəzərə alaraq, verdiyi vədi tutub və mükafat fondunu artırıb.

Əsas heyətdə formaya geyinənlərin hər birin 20 min manat ödənilməsi qərara alınıb. Sonradan meydana çıxanlar isə bu məbləğin yarısı qədər pul qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti