.jpg)
“Dediyimiz oldu, milli komandamızı hazırki durumuna görə yerli məşqçi çalışmalıdır.
Mübarizliyi, motivasiyanı dünənki Ukrayna matçında izlədik.
Təbii ki, 1:1-lə heç nə dəyişmədi. Sadəcə, müəyyən oyun şablonu ilə məşqçi taktikası, tapşırığı hiss edilirdi. Məsafəni çox qısa tutmaqla, rəqibə yaxın oynamaqla Ukraynanın gücünü azaltdıq.
Ona görə də AFFA rəhbərliyi Ayxan Abbbasova ən azından tskilin sonuna kimi şans verməlidir. Nəticə hiss ediləcək”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist komandamızın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı keçirdiyi matç haqda danışıb.
O, millimizdəki ruh yüksəkliyinin, döyüşkənliyin səbəbləri barədə şərhlər verib.
Eyni zamanda məşqçi seçimləri ilə bağlı AFFA-ya tövsiyələrini diqqətə çatdırıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN