“Bu, biabırçılıqdır! Biz Azərbaycan kimi rəqibləri mütləq udmalıyıq”

10 Sentyabr 2025 12:40 Milli komanda 705
“Bu, biabırçılıqdır! Biz Azərbaycan kimi rəqibləri mütləq udmalıyıq”

Ukrayna millisinin qapıçısı Anatoli Trubin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə Bakıda heç-heçə (1:1) etdikləri oyunla bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, görüşdən sonra Ukrayna mətbuatına müsahibə verən "Benfika"nın qolkiperi nəticəni biabırçılıq adlandırıb:

"Nə təəssürat ola bilər ki? Bu, biabırçılıqdır.

Mən belə düşünürəm. Çox pis nəticədir. Çünki biz bu cür oyunları, bu cür rəqibləri mütləq udmalıyıq.

Nə baş verir, necə olur, fərq etməz. Əgər biz irəliləmək istəyiriksə, qələbə qazanmalıyıq.

Hər kəs fərdi olaraq bu barədə düşünməlidir. Növbəti toplanış həlledici olacaq. Ona görə də düşünməliyik".

Ilk turda Fransaya 0:2 hesabı ilə uduzan Ukrayna millisinin 2 oyuna 1 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...