Santuş göndərildi, Azərbaycan millisi ilk xalını qazandı - VİDEO

10 Sentyabr 2025 01:50 Milli komanda 544
Santuş göndərildi, Azərbaycan millisi ilk xalını qazandı -  VİDEO

Azərbaycan komandası DÇ-2026-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, millimiz Bakıda Ukrayna yığmasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bununla da millimiz DÇ-2026-nin seçmə mərhələsində ilk xalını qazanıb.

Azərbaycan millisi seçmə mərhələyə acınacaqlı məğlubiyyətlə başlayıb. İlk turda səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olan millimizin çalışdırıcısı Fernandu Santuş ötən gün istefaya göndərilib.

Komandanı Ukrayna ilə oyuna U-21 millimizin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov çıxarıb.

Azərbaycan - Ukrayna 1:1

Qollar: Georgiy Sudakov, 51, Emin Mahmudov, 72 - pen.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...