Qurban Qurbanovdan 21 il sonra…

01:20 Milli komanda 153
Qurban Qurbanovdan 21 il sonra…

Azərbaycan millisinin kapitanı Emin Mahmudov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda qol vuraraq, tarixi rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla ən məhsuldar futbolçu olub. O

, sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib.

“Qarabağ”ın baş məşqçisi 1992-2005-ci illər ərzində millinin heyətində keçirdiyi 68 oyunda 14 dəfə fərqlənib.

Qurbanov sonuncu qolunu 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) vurmuşdu. Emin Mahmudov isə 2016-cı ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 56-cı matçında 15 qola çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
9 Sentyabr 00:40 Şevçenko Bakıya gəldi