AFFA pulu ikiqat artırdı - Ukrayna üzərində qələbə olsa…

9 Sentyabr 2025 17:40 Milli komanda 1 094
AFFA pulu ikiqat artırdı - Ukrayna üzərində qələbə olsa…

Azərbaycan millisi bu gün 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Komandamız Bakıda Ukrayna yığması ilə üz-üzə gələcək.

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

Azərbaycan millisində ötən gün portuqaliyalı mütəxəssis Fernandu Santuş istefaya göndərilib. Kollektivi bugünkü görüşə U-21-in baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Azərbaycan millisi sentyabrın 5-də səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub.

AFFA rəhbərliyi yığmanın əhval-ruhiyyəsini düzəltmək üçün addım atıb. Mükafat fondu artırılıb.

Yeni rəqəm öncədən müəyyənləşdirilmiş məbləğin hardasa ikiqatıdır.

Ukrayna üzərində qalibiyyət futbolçuların hər birini 50 min manata kimi irəli sala bilər. Heç-heçə halında, onları 20-25 min manat gözləyir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti