Millimiz Bakıda Ukrayna komandasından xal aldı

9 Sentyabr 21:55 Milli komanda 582
Millimiz Bakıda Ukrayna komandasından xal aldı

Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

51-ci dəqiqədə Georgi Sudakov fərqlənməklə qonaqları hesabda irəli çıxarıb. Yığmamız məğlubiyyətdən 72-ci dəqiqədə xilas ola bilib.

Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib. Yarımmüdafiəçi rəqib torunu silkələməklə tarixi rekorda imza atıb.

O, millinin heyətində 15-ci dəfə fərqlənməklə ən məhsuldar futbolçu kimi Qurban Qurbanovun 14 qolluq rekordunu yeniləyib.

Azərbaycan yığması D qrupundakı ilk matçda səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub.

Azərbaycan – Ukrayna 1:1
Qollar: Emin Mahmudov, 72-pen – Georgi Sudakov, 51.
Baş hakim: Vassilis Fotias (Yunanıstan).
Tofiq Bəhramov adına Respublika Stadionu.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybullayev, 19. Rüstəm Əhmədzadə, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 6. Səbuhi Abdullazadə, 7. Anatoli Nuriyev, 11. Ozan Can Kökçü, 13. Abbas Hüseynov, 16. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 18. Cəlal Hüseynov, 20. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı.
Baş məşqçi əvəzi: Ayxan Abbasov.
Ukrayna: 12. Anatoli Trubin, 2. Yuxim Konoplya, 6. İvan Kalyujni, 7. Vladislav Vanat, 8. Georgi Sudakov, 13. İlya Zabarnı, 14. Oleq Oçeretko, 17. Aleksandr Zinçenko, 19. Artyom Bondarenko, 20. Aleksandr Zubkov, 22. Mikola Matviyenko (k).
Ehtiyat oyunçular: 1. Goergi Buşan, 23. Dmitri Rıjnik, 3. Taras Mixavko, 4. Aleksandr Svatok, 5. Valeri Bondar, 10. Mikola Şaparenko, 11. Artyom Dovbik, 15. Boqdan Mixayliçenko, 16. Nazar Voloşin, 18. Yeqor Yarmolyuk, 21. Aleksandr Nazarenko.
Baş məşqçi: Sergey Rebrov.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
9 Sentyabr 00:40 Şevçenko Bakıya gəldi