Məşqdən çıxarkən istefaya göndərilən baş məşqçi bu qərara necə REAKSİYA VERİB?

9 Sentyabr 2025 11:40 Milli komanda 1 911
Məşqdən çıxarkən istefaya göndərilən baş məşqçi bu qərara necə REAKSİYA VERİB?

Fernandu Santuş AFFA rəhbərliyi tərəfindən belə tezliklə istefaya göndəriləcəyini gözləmirmiş.

Saytımız bu barədə federasiyadan maraqlı məlumat əldə edib.

Məlum olub ki, portuqaliyalı dünən səhər məşqindən qayıdanadək prosesin gedişatından bixəbər olub. Məlumat ona elə məşq meydançasında verilib.

Baş məşqçi müqaviləsinin birtərəfli qaydada pozulmasını eşidincə, bir qədər duruxub və fikrə gedlib.

Əhval-ruhiyyəsinin pozulmasını ətrafdakı şəxslərə hiss etdirib. Daha sonra vəkili vasitəsilə hüquqi prosedurun tənzimlənəcəyini bildirməklə kifayətlənib.

AFFA onunla 2024-cü ilin yayında 4 illik müqavilə imzalayıb. İşlər qaydasında getsəydi, o, 2028-ci ilədək vəzifəsində qalacaqdı.

Gəl ki, milli Santuşla yola saldığı 1 il ərzində qələbə üzünə həsrət qaldı.

Millətlər Liqasında ən aşağı diviziona yuvarlanan yığmamız DÇ-2026-nın seçmə mərhələsinə də biabrçı başladı. İlk turda İslandiyaya səfərdə 0:5 hesabıyla uduzdu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...