Buradan çıxıb gedən adam AFFA rəhbərliyinə nə verib?

10:40 Milli komanda 556
Buradan çıxıb gedən adam AFFA rəhbərliyinə nə verib?

Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrılan Fernando Santuş vida mesajı paylaşıb.

Sportinfo.az xəbər verir ki, mesaj Portuqaliyanın “A Bola” nəşrində yayılıb.

F.Santuş bildirib: “Federasiya Prezidentinə mənə hər zaman göstərdiyi hörmət və şəxsi diqqətə görə təşəkkür etməliyəm.

Həmçinin bu müddət ərzində mənə göstərilən qonaqpərvərliyə və səmimiyyətə görə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm.

Azərbaycan Futbol Federasiyasının 2024-cü ilin iyununda mənim qarşımda qoyduğu məqsəd ölkə futbolunun əsaslarını texniki və infrastruktur baxımından yenidən qurmaq, yarış sistemlərini və futbolçu hazırlığını inkişaf etdirmək, nəticədə isə AVRO-2028-in seçmə mərhələsi üçün rəqabətədavamlı bir komanda formalaşdırmaq idi.

Mən 2024-cü ilin sentyabrında əvvəl çalışdığım federasiyalarda hazırladığım layihələrə bənzər, lakin uyğunlaşdırılmış geniş bir plan təqdim etdim.

Ümid edirəm ki, bu layihə AFFA üçün faydalı olacaq və gələcəkdə daha yaxşı nəticələrə imkan verəcək futbol istedadlarının yetişdirilməsi üçün zəruri sərmayəni təşviq edəcək. Hamıya ən səmimi arzularımı çatdırıram”.

Digər Xəbərlər
Xəbər Lenti