Azərbaycan millisinə bədbəxtlik gətirən “qaradaban adam”

08:50 Milli komanda 319
Azərbaycan millisinə bədbəxtlik gətirən “qaradaban adam”

Fernandu Santuş Azərbaycan millisində baş məşqçi kimi qələbə qazana bilməyib.

Sportinfo.az xəbər verir ki, yığma 70 yaşlı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 11 görüşün 9-da məğlub olub, 2-də isə heç-heçə edib. 4 qol vuran milli qapısında 29 top görüb.

Bu gün istefaya göndərilən Santuş 2024-cü il iyunun 12-də bu posta təyin olunmuşdu.

Komanda ilk olaraq UEFA Millətlər Liqasının C Liqasında uğursuz çıxış edərək D Liqasına düşüb. Yığma hər iki qarşılaşmada İsveçə (1:3, 0:6) və Slovakiyaya (0:2, 1:3) uduzub. Tallində Estoniyaya yenilən (1:3) yığma Qəbələdə bu kollektivlə qolsuz bərabərə qalıb.

2025-ci ildə də milli Santuşun rəhbərliyi altında uğursuz nəticələri sıralayıb. Martda beynəlxalq yoldaşlıq matçında Haiti (0:3) və Belarusa (0:2) məğlub olan yığma iyunda Latviya ilə heç-heçəyə (0:0) razılaşıb, Macarıstana isə uduzub - 1:2.

Azərbaycan millisi son olaraq sentyabrın 5-də, DÇ-2026-nın seçmə mərhələsindəki ilk görüşündə səfərdə İslandiyaya məğlub olub - 0:5.

Yığma sentyabrın 9-da Bakıda Ukraynanı qəbul edəcək. Komandanı oyuna baş məşqçi kimi Ayxan Abbasov çıxaracaq.

Digər Xəbərlər
Xəbər Lenti