AFFA-nın istefaya göndərdiyi məşhur nə qədər PUL ALACAQ?

9 Sentyabr 2025 00:30 Milli komanda 597
AFFA-nın istefaya göndərdiyi məşhur nə qədər PUL ALACAQ?

Xəbər verdiyimiz kimi, AFFA millinin baş məşqçisi Fernandu Santuşu istefaya göndərib.

Bu məqamda AFFA-nın portuqaliyalı mütəxəssisə nə qədər təzminat ödəyəcəyi maraq doğurub.

Sportinfo.az xəbər verir ki, çalışdırcı bu barədə müzakirə aparmaqdan imtina edib və bütün məsələlərə nümayəndəsinin aydınlıq gətirməsini istəyib.

Bildirilib ki, məşqçinin agenti tezliklə Bakıya gələcək və yekun razılaşma olacaq.

AFFA ötən ilin iyununda Santuşu baş məşqçi postuna təyin edərək onunla 3+1 illik müqavilə imzalamışdı.

Belə olduğu halda AFFA-nın mütəxəssisə təxminən 4 milyon manat təzminat ödəniləcəyi gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti