"Baş məşqçi məni harada görmək istəsə, hər şeyimi verməyə hazıram"

8 Sentyabr 2025 20:20 Milli komanda 525
"Baş məşqçi məni harada görmək istəsə, hər şeyimi verməyə hazıram"

Ukrayna millisinin futbolçusu Aleksandr Zinçenko DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycanla matçında öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, "Nottingüm Forest"in sol cinah müdafiəçisi matça ciddi yanaşdıqlarını bildirib:

"Milli komandalar səviyyəsində zəif rəqib yoxdur. Bu oyuna yüz faiz hazır olmalı və köklənməliyik.

Baş məşqçi məni harda görmək istəsə, o mövqedə oynamağa və hər şeyimi verməyə hazıram. Əsas odur ki, komandaya faydalı olum".

Azərbaycan - Ukrayna qarşılaşması sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...