"Milyonlar uşaq futboluna, stadionlara, bölgələrə yatırılmalıdır"

9 Sentyabr 2025 19:40 Milli komanda 700
"Milyonlar uşaq futboluna, stadionlara, bölgələrə yatırılmalıdır"

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə uğursuz start verdi.

Fernandu Santuşun yetirmələri İslandiyadan darmadağınla qayıtdı - 0:5.

Sportinfo.az-a açıqlama verən futbol mütəxəssisi Azər Bağırov ölkənin bir nömrəli komandasının ağır məğlubiyyətindən danışıb:

"15 illik məşqçi fəaliyyətim var. Yığmamıza hələ belə bir toxunuşlu ötürmələr ilə qol vuran komanda görməmişdim.

Çox qorxaq futbol oynayırıq. Nədənsə son illər Azərbaycan millisində geri çəkilib, əks hücumda oyun qurmaq tendensiyası yaranıb.

Rəqib zonada pressinq yoxdur.

Milli komandamıza görə adam çox təəssüflənir. İllər öncədən hamının səsləndirdiyi bir fikir vardı - millidə yerli mütəxəssis çalışmalıdır".

"Kəpəz" və "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi problemin dərində olduğunu sözlərinə əlavə edib:

"Uşaq futbolu yada düşmür. Aşağı yaş millilər məğlub ola-ola gedir. Məncə, biz səhv yerdən yola çıxmışıq.

Milyonlar uşaq futboluna, stadionlara, bölgələrə yatırılmalıdır. Regionlarda futbol akademiyaları açılmalıdır, amma bizdə əksin bağlanır. Belə davam edə bilməz".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...