“Azərbaycan komandasına 5 qol vurmaq üçün çox zəhmət çəkdik”

7 Sentyabr 2025 01:50 Milli komanda 503
“Azərbaycan komandasına 5 qol vurmaq üçün çox zəhmət çəkdik”

İslandiyanın baş məşqçisi Arnar Qunnlauqsson 2026-cı il Dünya Çempionatı seçmə mərhələsinin D qrupu çərçivəsində Reykyavikdə Azərbaycan komandası üzərində 5:0 hesablı qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilənm mətbuat konfransında mütəxəssis bunları qeyd edib:

"Bizim oyun üslubumuz yaxşı nəticə verdi. Bəlkə hər kəs bununla razılaşmaz, amma mən komandamın oyunundan çox məmnunam.

Əsas məqsəd seçmə mərhələyə uğurlu start vermək idi. Ən vacibi odur ki, işi sona çatdırıb qələbə qazandıq.

Hesaba baxmayaraq, buna nail olmaq üçün çox zəhmət çəkdik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...