“Azərbaycanlılar antifutbol göstərirdilər, tez-tez yerdə qalırdılar”

6 Sentyabr 2025 23:20 Milli komanda 636
“Azərbaycanlılar antifutbol göstərirdilər, tez-tez yerdə qalırdılar”

İslandiya millisinin futbolçusu İsak Yohannesson DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunda Azərbaycan üzərində qələbəsi (5:0) haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, sözügedən görüşdə dublun müəllifi olan YARIMMÜDAFİƏÇİ 433.is saytına verdiyi açıqlamada deyib:

“Çox xoşbəxtəm. Çox danışırdıq, amma indi göstərdik ki, nə qədər güclüyük.

İslandiya millisinin formasını geyinən hər kəs əla oynadı. Təəssüf ki, üçüncü qolu vura bilmədim, topu küncə göndərə bilmədim.

Millidə qol vurmaq və bunu qeyd etmək elə bir hissdir ki, bunu izah etmək olmur. Azərbaycanlılar antifutbol göstərirdilər – tez-tez yerdə qalırdılar və sadəcə topu irəli vururdular.

Biz isə anımızı gözlədik və ikinci hissədə lazım olan boşluqları tapdıq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...