Qoy, cəhənnəam olub getsin, ayağı bu torpağa dəyməsin!

11:40 Milli komanda 577
Qoy, cəhənnəam olub getsin, ayağı bu torpağa dəyməsin!

Hər işin bir əvvəli, bir sonu var.

Fernandu Santuşun Azərbaycan yığmasındakı müqəddəratı həll olundu dünən.

Gedəcək. Özü getməsə belə, göndəriləcək.

Bıçağın sümüyə dirənməsi pis olur. Portuqaliyalı baş məşqçi 1 ildən artıqdır buradadır, bizi - millini, azarkeşləri, AFFA-nı hələ qələbəylə tanış etməyib. Getməlidirmi indi?

Federasiyanın baş katibi Cahangir Fərəcullayevin İslandiyaya məğlubiyyətdən sonra isti-isti verdiyi açıqlama, əslində, isti başla verilən açıqlama deyil:

“Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə özümüz tədbir görəcəyik. Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı olan hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin hesabatını gözləyirik. O, komandanı oyuna hazırlaya bilməyib”.

Bu, uğursuzluqdan cana doymuş bir funksionerin səbr kasasının daşmasıdır.

Fərəcullayev sıradan biri deyil, AFFA-nın ikinci şəxsidir.

Rövşən Nəcəfdən sonra əsas adamdır qurumda. Yəni ki. elə-belə söz deməz.

Santuş haqda bu cür danışıbsa, demək ki, federasiya başbilənləri yumruğunu masaya çırpacaq, baş məşqçini istefaya aparan yol qısalacaq.

R.Nəcəf ilyarıma yaxındır AFFA-nın prezidentidir. Milli ötən müddətdə qələbə dadmayıbsa, bu, Santuşla bərabər, qurumu idarə edənlərin təqsiri, məsuliyyətdir.

Axı tükənmiş qocanın ölkəmizdə nə işi var idi axı? Yaxşı mütəxəssis olsaydı, «Beşiktaş» onu 3 ayın içində qovmazdı ki..?

Nahaq Yıldırım Demirörənin sözüylə hərəkət etdilər. Keçəlin əlacı olsa, elə öz başına əncam çəkər də.

Santuşu Azərbaycana buraxmamaq lazımdır. Qoy, cəhənnəam olub getsin!

Kompensasiyasını versinlər, bir də bura qayıtmasın, ayağı bu torpağa dəyməsin.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti