"AFFA məni istefaya göndərmək istəsə..." - Fernandu Santuş

6 Sentyabr 2025 01:20 Milli komanda 10 121
"AFFA məni istefaya göndərmək istəsə..." - Fernandu Santuş

“Azərbaycan millisi ilə müqavilə müddətim davam edir”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya 0:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Portuqaliyalı mütəxəssis böyük hesablı məğlubiyyəti belə şərh edib:

"İlk hissədə yaxşı müdafiə oluna bildik. İstəyirdik ki, müdafiədən oynayaraq əks-hücumlara bel bağlayaq.

İlk hissənin sonlarında künc zərbəsindən qol buraxdıq. Fasilədə futbolçulara sakit olmalarını tapşırdım

. Təəssüf ki, ikinci qolu buraxdıqdan sonra komanda tamamilə özünü itirdi”.

O, istefa vermək barədə düşünmədiyini bildirib:

“Mənim Azərbaycan millisi ilə müqavilə müddətim davam edir. AFFA məni istefaya göndərmək istəsə, bu barədə danışa bilərik. Axı nəyə görə istefa verməliyəm?”

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...