Millinin oyunundan ən SON XƏBƏR - FOTOLAR

5 Sentyabr 2025 22:20 Milli komanda 527
Millinin oyunundan ən SON XƏBƏR - FOTOLAR

Azərbaycamın U-21 millisi Portuqaliyada yerli komandanın qonağıdır.

AÇ-2027-nin seçmə mərhələsinin ilk görüşünə yerli publika tərəfinsən kifayət qədər maraq var.

Sportinfo.az-ın Portuqaliyaya ezam olunmuş əməkdaşı olaraq apardığım müşahidəyə əsasən Barseluşda oyuna marağın yüksək səviyyədə olduğunu deyə bilərəm.

Matçdan iki saat əvvəl “Estadio Cidade de Barselos”un yolunu tutan yerli futbolsevərlərin sayı oyunun startına yaxın bir az da artıb.

Gənclərin çoxluq təşkil etdiyi dəstədə yeniyetmələrin sayı da kifayət qədərdir.

Oyunu 5 min azarkeşin canlı izləyəcəyi ehtimal olunur.

Yerli jurnalistlər, fotoqraflar da böyük qüvvə ilə matçı işıqlandırır.

HƏBİB, Barseluş

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti