Portuqaliyadan 5 “dayaq yedik”

00:30 Milli komanda 241
Portuqaliyadan 5 “dayaq yedik”

Azərbaycanın U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun komandası Portuqaliyanın qonağı olub.

Barseluş şəhərində keçirilən çətin səfər matçında U-21 ilk hissədə qapısını toxunulmaz saxlasa da, fasilədən sonra rəqib qolları sıralayıb. Yekunda millimiz meydanı 0:5 hesablı məğlubiyyətlə başa vurub.

Bu görüş millimizin baş məşqçisi Ayxan Abbasovun komanda ilə ilk rəsmi oyunu idi.

Azərbaycan millisi B qrupunda Şotlandiya, Bolqarıstan, Portuqaliya, Çexiya və Cəbəllütariqlə mübarizə aparacaq.

U-21-in növbəti oyunu Bolqarıstana qarşı olacaq. Görüş sentyabrın 9-da Bakıda keçiriləcək.

Portuqaliya (U-21) - Azərbaycan (U-21) 5:0

Qollar: Rodriqo Mora, 48, Covanni Queda, 52, Leonardo Barroso, 57, Karlos Forbs, 73, Vivaldo Semedo, 90+3

Barseluş şəhər stadionu. Saat 22:30

Baş hakim: Konstantinos Fellas

Baş hakimin köməkçiləri: Pavlos Georgiu, Giorgios Çaralampus

Dördüncü hakim: Dimitris Solomu

(Hakimlər briqadası Kiprdəndir)

Azərbaycan: 22. Xəyal Fərzullayev, 20. Ayxan Süleymanlı (k), 5. Emin Rüstəmov, 15. Raul Məmmədov, 3. Rüfət Abbasov, 8. Emil Süleymanov, 13. Hikmət Cəbrayılzadə, 2. Eşqin Əhmədov, 10. Edqar Adilxanov, 11. Nihad Əhmədzadə, 9. Ağadadaş Salyanski

Baş məşqçi: Ayxan Abbasov.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 08:50 "Qarabağ" üçün FOTOLAR
5 Sentyabr 03:50 "Lənkəran"dan transfer