"Azərbaycanın 3 sürətli oyunçusu var, həmişə pressinqə can atmır”

5 Sentyabr 2025 18:00 Milli komanda 945
"Azərbaycanın 3 sürətli oyunçusu var, həmişə pressinqə can atmır”

Portuqaliyanın U-21 yığmasının baş məşqçisi Luis Freyre AVRO-2027-nin seçmə mərhələsinin D qrupunun açılış mərhələsində Azərbaycana qarşı Barseluşda keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis qələbə haqda düşündüklərini söyləyib:

"Azərbaycan adətən 5-4-1 sxemi ilə oynayır. Onların üç mərkəz müdafiəçisi və hücumda üç sürətli oyunçusu var.

Bu komanda həmişə pressinqə can atmır. Onlar müdafiədə möhkəm oynamağı bilirlər. Biz daha intensiv oynamalı olacağıq.

Topu tez hərəkət etdirməli və səbirli olmalıyıq, hücumlar üçün zona tapmalıyıq. Topu tez geri götürüb, oyunun tempini artırmalıyıq.

Biz buna qadirik. Biz yalnız qələbə haqda düşünürük və gələcəyin komandasını qurmağı fikirləşirik".

Portuqaliya - Azərbaycan görüşü bu gün keçiriləcək və oyuna Bakı vaxtı ilə 22:30-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...