Onların ən son halı - Bir buna da baxın!

5 Sentyabr 22:40 Milli komanda 167
Onların ən son halı - Bir buna da baxın!

Azərbaycanın futbol üzrə milli komandası bu gün Reykyavikdə meydana çıxacaq.

DÇ-2026-nın seçmə mərhələsinə start verən Fernandu Santuşun yetirmələri ilk qarşılaşmada İslandiyanın qonağı olacaq.

Uzaq məsafə, öyrəşmədiyimiz hava şəraiti, rəqibin fiziki hazırlığı – bu kimi faktları göz önünə gətirəndə yığmamızın səfərdən xal(lar)la qayıtması çətin görünür.

Lakin İslandiya seçməsinin son 1 illə, yəni son 10 oyunla bağlı (Millətlər Liqası və yoldaşlıq görüşləri) bəzi məqamlar var ki, onlara diqqət yetirmədən keçmək olmur.

* İslandiya öz meydanında keçirdiyi son 4 oyunun yalnız 1-də Monteneqronu məğlub etməyi bacarıb – 2:0. Bu, ötən ilin bu vaxtına – sentyabrın 6-na təsadüf edib. Türkiyə (2:4,) Kosovaya uduzub (1:3), Monteneqro ilə bərabərə qalıb (2:2).

* İslandiya keçirdiyi son 10 qarşılaşmanın yalnız birində - Şimali İrlandiya ilə yoldaşlıq görüşlərində rəqib qapısına yol tapa bilməyib. Qalan bütün matçlarda qol vurub.

* İslandiyanın iştirakçısı olduğu son 10 görüşün 7-də qapılara azı 3 qol vurulub.

* İslandiya son 3 rəsmi oyunun hamısında məğlub olub.

Azərbaycan millisinin seçmə mərhələyə xalla başlaması üçün ələ yaxşı imkan düşüb. Hər halda, bu, Avropa çempionatında oynayan İslandiya seçməsi deyil. Heç Fransa və Ukrayna milliləri ilə də tərəzinin eyni gözündə dayanacaq gücü yoxdur.

Bu gün “Laugardalsvöllur” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 08:50 "Qarabağ" üçün FOTOLAR
5 Sentyabr 03:50 "Lənkəran"dan transfer