“Demək olar ki, bu liqanı əzbər bilirəm” - Baş məşqçi

20:40 Milli komanda 244
“Demək olar ki, bu liqanı əzbər bilirəm” - Baş məşqçi

“Portuqaliya liqasını çox izləyirəm.

Demək olar ki, üçüncü liqasını əzbər bilirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında 21 yaşa qədər oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

Hazırda ölkəmizdə çox sayda portuqaliyalı futbolçu çıxış edir ki, onlardan 3-ü Abbasovun çalışdırdığı “Şamaxı”nın şərəfini qoruyur – Rikardo Fernandes, Rikardo Apolinario və Dioqo Balau.

Mütləq ki, təcrübəli çalışdırıcı bu oyunla bağlı onlarla söhbət edib, fikirlərini öyrənib:

“Bu mövzuda daha çox Balau ilə söhbətimiz oldu. Özüm üçün maraqlı idi ki, ötən mövsüm "Sportinq" B komandasının heyətində 3-cü liqada oynayan futbolçu bu gün U-21 yığmasına dəvət edilib.

Bu da oranın səviyyəsini göstərir. 3-cü liqadan da çox yerə çıxışları var. Balau bəzi futbolçuları şəxsən tanıdığından deyirdi güclü oyunçular barədə məlumat verirdi, adlarını çəkirdi.

Rikardo Fernandeşlə daha çox şəhər barədə söhbət etdik. Onlar da bu oyuna görə sevinir, maraqlı gəlir. sevindi, "Benfika"nın "Qarabağ"la qarşılaşması da onlar üçün sevindirici haldır”.

Bu axşam baş tutacaq Portuqaliya-Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti