“Zəif tərəflərini öyrənmişik, Bakıya əliboş qayıtmaq istəmirik”

5 Sentyabr 2025 16:20 Milli komanda 499
“Zəif tərəflərini öyrənmişik, Bakıya əliboş qayıtmaq istəmirik”

Azərbaycan millisi İslandiyadan yaxşı nəticə ilə qayıtmağı hədəfləyir.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Rəhman Daşdəmirov jurnalistlərə açıqlamasında deyib.

Müdafiəçi İslandiya yığmasına qarşı keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı danışıb:

"Oyna ciddi hazırlaşmışıq. İnanırıq ki, nəticə bizim üçün uğurlu olacaq. Rəqibin zəif və güclü tərəflərini öyrənmişik.

İslandiyadan Bakıya əliboş qayıtmaq istəmirik. Nəticə əldə edərək xal qazanmağı hədəfləyirik".

Sentyabrın 5-də reallaşacaq İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti