Karyerasını bitirdi - Millimizlə oyundan əvvəl təltif ediləcək

5 Sentyabr 2025 13:20 Milli komanda 611
Karyerasını bitirdi - Millimizlə oyundan əvvəl təltif ediləcək

DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək İslandiya – Azərbaycan oyunundan əvvəl təltifetmə olacaq.

Sportinfo.az xəbər verir ki, meydan sahiblərinin sabiq kapitanı Birkir Byarnason mükafatlandırılacaq.

37 yaşlı yarımmüdafiəçi peşəkar karyerasını bitirdiyini açıqlayıb. Qarşılaşmanın startından əvvəl İslandiya Futbol Assosiasiyası rəhbərliyi Byarnasonu millidəki fəaliyyətinə görə təltif edəcək.

İslandiya millisi tarixində ən çox oyun keçirən Byarnason meydana çıxdığı 113 görüşdə 15 qol vurub. O, AVRO-2016 və DÇ-2018-də millisinin heyətində çıxış edib.

Bu gün Reykyavikdəki “Lauqardalsvollur” stadionunda keçiriləcək İslandiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...